Türkiyəli siyasətçi koronavirusdan öldü

turkiyeli-siyasetci-koronavirusdan-oldu
Oxunma sayı: 3460

Türkiyənin İYİ partiyasının Bakırköy təşkilatının qurucusu Süleyman Tefek koronavirusdan dünyasını dəyişib.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə partiya sədri Meral Akşener bildirib. Akşener Tefekin ölümü ilə bağlı başsağlığı verərək, yaxınlarına səbr diləyib.

Qeyd edək ki, partiyanın Bayrampaşa əyalət rəhbəri Raif Güler də koronavirusdan müalicə olunur.