Türkiyəli tələbənin sərgisi açılıb

turkiyeli-telebenin-sergisi-acilib
Oxunma sayı: 800

İyunun 6-da AzMİU-nun Sərgi salonunda Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin tələbəsi Muhammet Ali Kerim Üzdenin fərdi yaradıcılıq sərgisi açılıb.

"Qafqazinfo" xəbər verir ki, sərginin açılışında iştirak edən beynəlxalq əlaqələr üzrə prorektor, professor Nərgiz Abdullayeva çıxış edərək Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin tələbəsinin sərgisinin ilk dəfə təşkil olunduğunu vurğulayıb. O, gələcəkdə fakültənin digər tələbələrinin də sərgilərinin keçirilməsi arzusunda olduğunu bildirib. Prorektor Muhammet Ali Kerim Üzdenə uğurlar arzulayıb, sərgilərinin sayının artmasını dilə gətirib.

Daha sonra sərginin rəmzi qırmızı lenti kəsilib, sənətsevərlər gənc rəssamın əl işləri ilə tanış olublar. Sərgidə pastel, yağlı boya, karandaş, qələmlə çəkilən rəsmlər yer alıb. Əl işləri əsasən, natürmort, kollaj, akvarel, qrafika janrlarında çəkilib. Sərgi ziyarətçilər tərəfindən maraqla qarşılanıb. 

Sərgidə universitetin Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin dekanı Gülnarə Əsgərəlizadə, Əcnəbi tələbələrin təhsili üzrə dekan Polad Sadıkov,  professor-müəllim heyəti, tələbələr də iştirak ediblər. 

Məlumat üçün bildirək ki, Muhammet Ali Kerim Üzden Türkiyədə Mersin şəhərində Gözəl Sənətlər liseyində təhsil alıb, 2 il müəllimlik fəaliyyəti ilə məşğul olub. Hazırda isə AzMİU-nun Əcnəbi vətəndaşlarının hazırlığı fakültəsinin tələbəsidir və ən böyük istəyi AzMİU-nun Memarlıq fakültəsində təhsilini davam etdirməkdir.