Türkiyə millisinin və “Yuventus” klubunun yarımmüdafiəçisi Kenan Yıldız rekorda imza atıb.
“Qafqazinfo”nun məlumatına görə, gənc ulduz buna UEFA Çempionlar Liqasında ilk liqa mərhələsi çərçivəsində PSV üzərində 3:1 hesablı qələbə qazandıqları matçda nail olub.
Belə ki, Yıldız Çempionlar Liqasında “qoca sinyora”nın tarixində ən gənc qol vuran futbolçu kimi yadda qalıb. O, 21-ci dəqiqədə komandasının ilk qolunu vurmaqla 19 yaş 136 günündə fərqlənib.
Türkiyəli futbolçu 1995-ci ildə 20 yaş 308 gündə qol vuran Alessandro Del Pieronun nailiyyətini geridə qoyub.
Kenan Yıldızın baxımlı qolunu təqdim edirik: