Türkiyəli ulduz futbolçuya qarşı 2 milyonluq araşdırma aparılır

turkiyeli-ulduz-futbolcuya-qarsi-2-milyonluq-arasdirma-aparilir
Oxunma sayı: 1064

Türkiyənin “İstanbul Başakşəhər” klubunun futbolçusu Emre Belözoğlu haqqında FETÖ araşdırması davam edir.

“Qafqazinfo” xəbər verir ki, Mətin adlı gizli şahid tanınmış futbolçunun FETÖ üçün banklara 2 milyon türkiyə lirəsi köçürdüyünü bildirib. 

Bundan sonra onun haqqında araşdırmalar daha da gücləndirilib. Hazırda futbolçunun bütün banklarda olan hesabları və köçürmələri yoxlanılır.