Türkiyənin İstanbul vilayətində əhalinin ümumi sayı 14 milyon 657 min 434 nəfərə çatıb. Bu göstərici ölkə əhalisinin 18,6 faizini təşkil edir.
“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, Ankara vilayəti isə əhalinin sayına görə İstanbuldan xeyli geridədir. Burada əhalinin sayı təxminən 6,7 milyon nəfərdir.
Rəsmi məlumatda bildirilir ki, ölkə əhalisi 2015-ci ildə 1 milyondan çox artaraq 78 milyon 741 min 53 nəfər olub. Həmçinin qeyd edilir ki, Suriyadan pənah gətirən 3 milyondan artıq qaçqın bu göstəriciyə daxil deyil.
Son xəbərlər
Son Xəbərlər