“Türkiyəni layiqincə təmsil etmədik” - Burak Yılmaz

turkiyeni-layiqince-temsil-etmedik
Oxunma sayı: 1045

Türkiyə millisinin kapitanı və əsas qol ümidi Burak Yılmaz ötən gün Bakıda Avro-2020-nin üçüncü turunda İsveçrəyə uduzduqları (1:3) oyundan danışıb.

“Qafqazinfo” xəbər verir ki, məşhur forvard ölkəsinin mətbuatına açıqlamasında bunları deyib: “Belə olmamalı idi. Bu cür oynamamalı idik. Hamıdan üzr istəyirik. Ölkəmizi layiqincə təmsil etmədik. Çox kədərləndik".

Qeyd edək ki, Türkiyə qrup sonuncusu kimi və xal qazanmadan yarışda mübarizəni dayandırıb.