Türkiyəni qarışdıran kimdir? – - Şərh

turkiyeni-qarisdiran-kimdir-
Oxunma sayı: 2482


“Qafqazinfo” xəbər verir ki, bunu “Azadlıq” qəzetinə Türkiyədə baş verən son hadisələri şərh edən politoloq Vəfa Quluzadə deyib. O, bildirib ki, Türkiyənin qonşuluğunda bir neçə aktiv müharibə ocağı mövcuddur və Suriyada İslamçı qüvvələrin savaşı, hazırda Yəməndə baş verənlər Türkiyəyə də təsirsiz ötüşmür: “Bütün sadalanların üzərinə Türkiyənin sərhəddində IŞID-in mövcudluğunu və kürd problemini də əlavə etmək lazımdır. Türkiyənin problemi bir deyil iki deyil. Ona görə həmişə Türkiyəni daxildən qarışdırmaqda maraqlı qüvvələr olub. Hazırda Türkiyədə vəziyyəti qarışdırmaq daha asandır. Çünki Türkiyənin sərhədlərində böyük müharibələr gedir. Türkiyədə hər cür terror hadisəsi törətmək olar. Amma ən əsası odur ki, bu hadisələr Türkiyənin daxilindən deyil, xaricindən qaynaqlansın. Türkiyədə bir müddət ”Gəzi parkı" olayları və bir sıra başqa mühüm siyasi aksiyalar baş verdi. Türkiyə cəmiyyəti bu cür olaylara artıq öyrəşib".

Türkiyəni konkret olaraq hansı qüvvələrin qarışdırmağa çalışmasına gəlincə isə V.Quluzadə bildirdi ki, Türkiyənin yerləşdiyi region mürəkkəb olduğundan konkret adlar çəkmək çətindir. Amma Türkiyəni qarışdırmaq istəyən qüvvələr sırasında Iranı, Rusiyanı, Səudiyyə Ərəbistanını göstərmək olar. “Rusiya Türkiyədən narazıdır. Çünki Türkiyə Ukraynaya dəstək verir, Türkiyə bir NATO ölkəsi kimi Rusiyanın Qara dənizdəki maraqlarına birbaşa təhlükədir. Səudiyyə Ərəbistanı və Iran isə Türkiyə ilə regionda rəqabət aparır”.