Türkiyəni şoka salan hadisə- - Mahnı oxuduğu üçün sevgilisi onu güllələdi

turkiyeni-soka-salan-hadise-
Oxunma sayı: 767



“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fatih məhəlləsindəki evində hələ şəxsiyyəti təyin olunmayan şəxs və ya şəxslər tərəfindən başından vurularaq ağır yaralanan ifaçı ilə əlaqədar başladılan istintaq işi çərçivəsində bir şəxs polis tərəfindən saxlanılaraq ifadə vermək üçün İlçə Təhlükəsizlik Müdirliyinə aparılıb. 

İfaçıya hücum edən şəxs barədə maraqlı məlumat yayılıb. İddiaya görə, mayın 24-ü  Hilari parkda verəcəyi konsertin afişalarını görən Mutlunun keçmiş sevgilisi əsəbləşib və ifaçınını evinə gələrək onu evində güllələyib.

İfaçının atası Mehmet Kaya jurnalistlərə açıqlamasında Sibel candan kömək istədiyini bildirib:

"Mən hadisə əsnasında evdə deyildim. Mutlu axşam bacısıgilə qonaq getmişdi. Təkrar müsabiqəyə getmək üçün hazırlıq edirdi. Hadisənin yaşandığı saata qədər evdə müsabiqə üçün məşq edirmiş. 3-4 adam evin önünə gəlib qapını döyüb. Mutlu qonşu zənn edərək, qapını açıb. O zaman başına tapanca ilə atəş açıblar. Tək istəyim qızımın saxalmasıdır. Sibel Candan kömək istəyirəm, çünki o Mutlunun anası kimi idi”. 

Qeyd edək ki, vəziyyəti ağır olan ifaçının müalicəsi davam edir. Könül