Türkiyəni təəccübləndirən - Açıqlama

turkiyeni-teeccublendiren
Oxunma sayı: 3284

Rusiya Xarici işlər naziri Sergey Lavrov Türkiyə ilə münasibətlərin düzəlməsi mövzusuna toxunub.

Qafqazinfo” türk mediasına istinadən xəbər verir ki, nazir bu barədə “Komsomolskaya Pravda” ya müsahibəsində danışıb. Lavrovun sözlərinə görə, Rusiya Türkiyə ilə münasibətlərin düzəlməsi üçün ilk addımı atmasa da, Ankaranın təkliflərini dəyərləndirməyə hazırdır.

Nazir açıqlamasında “Türkiyə çox zərər gördü. Buna görə bir çox qapalı kanaldan bizimlə əlaqə yaratmağa çalışırlar və bəzi komitələrin yaradılmasını təklif edirlər. Dekabr ayında Türkiyə xarici işlər naziri ATƏT-in konfransında mənə komitə və ya qrup qurulmasını təklif etmişdi”- deyə bildirib.

Aysel Kərimova