Türkiyənin 15 bölgəsində küçəyə çıxmaq qadağan olunur

turkiyenin-15-bolgesinde-kuceye-cixmaq-qadagan-olunur
Oxunma sayı: 1896

Türkiyədə bu həftəsonu 15 bölgədə komendant saatı tətbiq ediləcək.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, komendant saatı ilə əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən 15 bölgəyə təlimat göndərilib.

Təlimata görə, komendant saatı məhdudiyyətlərinin gündəlik həyatda təsirini minimum səviyyəyə endirmək üçün bazar, market və qəssab dükanları fəaliyyətlərini saat 23:00-a qədər davam etdirəcək.

Qanunda qəbul edilmiş qərarlara əməl etməyən vətəndaşlara baş sanitariya qanununun 282-ci maddəsinə uyğun olaraq, inzibati cəza tətbiq ediləcək.