Türkiyənin Çanaqqala, İstanbul, Muğla, Sinop və İzmir vilayətlərində meşəlik ərazilərdə yanğın başlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Belə ki, İstanbul və İzmirdə yanğın nəzarət altına alınıb.
Hazırda Çanaqqala, Sinop və Muğlada alovlarla mübarizə tədbirləri davam edir.
Məlumata görə, 8 təyyarə və 4 helikopterlə yanğınsöndürmə işləri aparılır.
Meşəlik ərazilərə yaxın bölgələrdə yaşayanlara ehtiyatlı olmaları ilə bağlı xəbərdarlıq edilib.
Digər vilayətlərdə də alovların söndürülməsi istiqamətində işlər davam etdirilir.