Türkiyənin 62 illik həsrəti

turkiyenin-62-illik-hesreti
Oxunma sayı: 1478

Türkiyə millisi dünən Avropa Çempionatının qrup mərhələsində İspaniyaya uduzmaqla antirekorda imza atıb.

Qafqazinfo” xəbər verir ki, indiyə qədər bu komanda ilə 11 dəfə qarşılaşan “ay ulduzlular” yalnız bir dəfə meydandan qalib kimi ayrılıb. 

1954-cü il dünya çempionatının seçmə mərhələsində “buğalar”ı 1:0 məğlub edən komanda 62 ildir ki, qalibiyyət həsrətindədir. Ondan sonra oynanılan 8 qarşılaşmada 3 bərabərlik, 5 məğlubiyyət qeydə alınıb. Türkiyə millisi bu qarşılaşmalarda qapısında 13 top gördüyü halda, yalnız 3-nü vura bilib.