AÇ-2016-nın D qrupunun ilk matçında Türkiyə və Xorvatiya komandaları üz-üzə gələcəklər.
“Qafqazinfo” xəbər verir ki, artıq görüşün hakimləri müəyyənləşib. Matçı isveçli referi Yonas Eriksson idarə edəcək. Erikssona həmyerliləri - Daniel Uornemark, Stefan Yohanesson, Matias Klasenius və Markus Stromberqson kömək edəcəklər. 4-cü hakim funksiyasını isə şotlandiyalı Uilyam Kalyum yerinə yetirəcək.
Qeyd edək ki, Türkiyə - Xorvatiya matçı 12 iyun saat 17:00-da baş tutacaq.
Son xəbərlər
Son Xəbərlər