“Böyük Britaniyanın Avropa İttifaqından çıxması, eyni zamanda Türkiyənin ittifaqa daxil olması Avropa Birliyi üçün ən pis ssenari olardı”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Fransanın eks prezidenti Nikola Sarkozi yerli qəzetlərdən birinə müsahibəsi zamanı deyib. O, “mən birmənalı şəkildə Birləşmiş Krallığın Avropa İttifaqından çıxmasına qarşıyam. Türkiyənin birliyə daxil olması ilə biz dəhşətli səhv etmiş olarıq”- deyə bildirib.
Qeyd edək ki, bu il iyunun 23-də Böyük Britaniyada krallığın AB-dən çıxıb-çıxmaması ilə bağlı referendum keçiriləcək.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər