Türkiyənin Azərbaycandakı səfiri BANM-də

turkiyenin-azerbaycandaki-sefiri-banm-de
Oxunma sayı: 708

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ilə görüşüb.

Səfiri salamlayan rektor Elmar Qasımov onu Ali Məktəbdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycanla Türkiyənin qardaş ölkə olduğunu deyən rektor iki ölkə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində geniş əlaqələrin mövcudluğuna toxunub. Rektor, BANM-lə Türkiyə universitetlərinin qarşılıqlı əlaqələrinin qurulmasında maraqlı olduğunu dilə gətirib, Ali Məktəblə YÖK (Yüksekoğretim Kurulu) arasında əməkdaşlıqla bağlı işlərin görüldüyünü vurğulayıb. O, səfiri öz ölkəsi ilə bağlı təqdimatla çıxış etmək üçün yenidən Ali Məktəbə dəvət edib.   

Səfiri Erkan Özoral Ali Məktəblə Türkiyənin ali təhsil müəssisələrinin əməkdaşlığına dəstək verməyə hazır olduğunu deyib.

Görüşdə qarşılıqlı əməkdaşlıq, həmçinin YÖK-lə əlaqələrin inkişafı, Türkiyə universitetləri ilə BANM arasında birgə layihələr, tələbə-müəllim mübadiləsi və digər məsələlər müzakirə olunub.

Görüşün sonunda rektor səfirə “Fəxri qonaq” diplomunu təqdim edib.