"Türkiyədə baş verən hadisələr xalqın seçdiyi hökumətə qarşı edilən çevriliş cəhdidir".
Bu barədə "Qafqazinfo"ya Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat daxil olub.
Məlumatda qeyd olunur ki, millətimiz birlik və bərabərlik nümayiş etdirərək buna qarşı çıxmışdır. Prezidentimiz və hökumətimiz öz vəzifələrini icra etməkdədir. Bu Türk Silahlı Qüvvələrinin hamısının iştirak etdiyi hadisə deyil. Türk Silahlı Qüvvələrinin daxilindəki bir qrupun işidir və buna xalqımız tərəfindən cavab verilib.
Son xəbərlər
Son Xəbərlər