Fevralın 20-də Rumıniya Sahil Mühafizə əməkdaşları plastik və həqiqi mərmilərlə Türkiyənin balıqçı qayığına atəş açıb.
“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, nəticədə 3 balıqçı yaralanıb, qayığa isə ciddi ziyan dəyib. Balıqçılar onlara beynəlxalq sularda atəş açıldığını bildirirlər. Hadisənin mobil telefonla çəkilmiş görüntüsü mətbuatda bu gün yayılıb.
Qeyd edək ki, “Ostik Şenol” adlı 14 metr uzunluğu olan qayıq Ordu limanından hərəkət edib. Yaralananlar kapitan Sərdal Məmiş, Samet Dəmir, İsa Məmişdir.



Son xəbərlər
Son Xəbərlər