“Türkiyənin bayrağını yandırmışdılar” - Müsahibə

“Türkiyənin bayrağını yandırmışdılar” - <font color=red>Müsahibə</font>
Oxunma sayı: 236

- Öncə sizin də forma geyindiyiniz və 17 il əvvəl “Neftçi” ilə APOEL arasında keçirilən qarşılaşmalara qayıdaq...
- Həmin oyunlar yaxşı yadımdadır. İlk oyun səfərdə idi. Oyuna çox yaxşı hazırlaşmışdıq. Klubumuzun o vaxtkı prezidenti rəhmətlik Rasim Rəfiyev bizim üçün hər cür şərait yaratmışdı, oyuna çarter reysi ilə getmişdik. Bundan başqa, yeni dəst idman geyimləri də sifariş verilmişdi. Hər şey o dövrün Avropa komandalarına uyğun təşkil olunmuşdu. Oyuna gəlincə, ajiotaj həddindən artıq gərgin idi. Bizə qarşı çox böyük təzyiq var idi. Bildiyiniz kimi, Türkiyənin bayrağını da yandırmışdılar.

- Yeri gəlmişkən, həmin anda oyun gedirdi, yoxsa dayanmışdı?
- Xeyr, həmin vaxt biz isinmə hərəkətləri edirdik. Bu zaman gördük ki, stadiona Ermənistan bayrağı gətirdilər. Daha öncə isə Türkiyə bayrağını yandırmışdılar.

- Böyükhesablı məğlubiyyətə səbəb nə oldu?
- Mən deyərdim ki, təcrübəsizlik. Beynəlxalq aləmdə o qədər də təcrübəmiz yox idi. Halbuki oyuna yaxşı başlamışdıq. Hesab 0:0 olarkən ilk hissədə iki real imkanımız oldu. Elə ilk imkan məndə oldu. Yaşar Vahabzadənin ötürməsindən sonra topu qapıçının başı üzəridən atsam da, müdafiəçi çatıb onu boş qapıdan çıxardı və künc zərbəsi vurmalı olduq. Yeri gəlmişkən, Vaqif Sadıqovun məşhur “azərbaycansayağı künc zərbəsi”ni beynəlxalq arenada ilk dəfə həmin oyunda yerinə yetirmişdik. Sonradan Bəxtiyar Musayevlə Yunis Hüseynovun da qol imkanları oldu. Ancaq dediyim kimi, beynəlxalq təcrübəsizlik özünü göstərdi. Sumqayıtdakı cavab matçında da üstün oynasaq da, hesab açılmadı. Buna baxmayaraq, həmin xal Avropa miqyaslı oyunlarda qazandığımız ilk xal oldu.

- Sabahkı oyundan nə gözləyirsiniz?
- Təbii ki, aradan xeyli vaxt keçib. İndi hər şey dəyişib. Məsələn, televiziyadan APOEL-in stadionunu görmüşəm. Həmin stadiondur, amma ot örtüyü çox dəyişib. O vaxt biz oynayanda ot örtüyü yaxşı deyildi. Ancaq indi xeyli müasirləşib. Çoxları deyirlər ki, rəqib ötən mövsüm Çempionlar Liqasında 1/4 finala qədər irəliləyib. Nə olsun? İstənilən rəqibə qarşı oynamaq olar. Əsas odur ki, istək olsun. Bir də burada azarkeşlərdən də çox şey asılıdır.

- Özünüz də hücumçu olmusunuz. Sabiq hücumçu kimi, “Neftçi”nin hazırkı hücum xəttini necə dəyərləndirirsiniz? Xüsusilə çilili yeni transfer Kanares haqda fikirləriniz maraqlı olardı.
- “Qəbələ” ilə oyunlarına baxdım, Kanares qol vurmasa da, iki qolun ötürməsini verdi. Düzdür, “Qəbələ” ilə APOEL-i eyniləşdirmək olmaz. Hər ikisi fərqli komandalardır. Əsas odur ki, burada qol vuraq. Bir şərtlə ki, qol buraxmasınlar. Böyükağa Hacıyevlə Tərlan Əhmədov müdafiəyəmeylli futbolçular olublar. Yəqin ki, onlar müdafiədəki nöqsanları da aradan qaldıra biləcəklər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi