Türkiyənin Bəşər Əsəd ilə işbirliyi...

turkiyenin-beser-esed-ile-isbirliyi
Oxunma sayı: 634

“Qafqazinfo”nun məlumatına görə, bu barədə “The Times” qəzeti özünün Yaxın Şərqdən olan xüsusi xidmət orqanlarından olan mənbələrinə istinadən xəbər verib. Mənbə Türkiyə rəhbərliyinin öz açıq çıxışlarında Bəşər Əsədin istefasını tələb edən Suriya müxaliflərini dəstəklədiklərini bildirib: “Biz hesab etmirik ki, Türkiyə rəhbərliyi silah ticarətini açıq dəstəkləyirlər, lakin bəzi məmurlar bunu bilirlər. Onlar buna sadəcə göz yumurlar”.

Nəşrin yazdığına görə, Türkiyədən gizli yardımı Dəməşqdə yerləşən, xüsusən də Suriya polisi və ordu üçün döyüş sursatlarını hazırlayan elmi- araşdırma mərkəzi (SSRC) əldə edir.

Bu müəssisə ilə əlaqədar olaraq Avropa Birliyi və ABŞ tərəfindən sanksiyalar mövcud olsa da, lakin bu mərkəzlə üç türk şirkətinin əməkdaşlıq etdiyi deyilir. Əldə edilən məlumatlara əsasən iki şirkət Suriyaya raket materialları, üçüncüsü isə mərkəzi raket istehsalı üçün Çin dəzgahları ilə təmin edir. Rəsmi Ankara Dəməşqlə əlaqələri axmaqlıq adlandırıb. Üç şirkətdən ikisi ittihamı rədd etsələr də üçüncüsü şərh verməkdən imtina edib.

Səidə