Türkiyənin bir çox şəhərində toz dumanı müşahidə olunub. Günorta saatlarından etibarən Suriyadan gələn toz kütlələri Hatayın şəhər mərkəzi və rayonları başda olmaqla, Osmaniyenin Kadirli, Adananın Kozan və Saimbəyli rayonlarında gündəlik həyata mənfi təsir edib.
“Qafqazinfo” xəbər verir ki, Türkiyə Meteorologiya Ümumi Müdirliyindən verilən açıqlamaya görə, toz dumanının Şərqi Aralıq dənizi, Orta Anadolunun şərqi, Şərqi Anadolunun qərbi və Cənub-Şərqi Anadoluda sabah axşama qədər təsirli olacağı gözlənilir.
Vətəndaşlardan nəqliyyatın pozulması, havanın keyfiyyətinin aşağı düşməsi, yağışın palçıq şəklində düşməsi, görmə məsafəsinin azalması kimi neqativ hallara qarşı tədbirli və diqqətli olmaq xahiş olunub.
Səlahiyyətlilər toz buluduna görə tənəffüs çətinliyi və astmatik xəstəlikləri olanlara tozdan təsirlənməmək üçün qapı-pəncərələrini bağlamaq, çölə çıxmamaq barədə xəbərdarlıq edib.
Son xəbərlər
Son Xəbərlər