Türkiyənin bu hava limanları mülki uçuşlara bağlandı

turkiyenin-bu-hava-limanlari-mulki-ucuslara-baglandi
Oxunma sayı: 3037

Türkiyədə baş verən 7,7 bal gücündə zəlzələnin dağıntıları səbəbindən Qaziantep, Adana və Kahramanmaraş hava limanları mülki uçuşlara bağlanıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, buna səbəb zəlzələdən sonra axtarış-xilasetmə qrupları və yardım ləvazimatlarını daşıyan təyyarələrin bölgəyə vaxtında çatmasıdır.

Bildirilib ki, hava limanında yalnız yardım və axtarış-xilasetmə qruplarını daşıyan təyyarələrin qalxıb-enməsinə icazə verilir.