Türkiyənin Kahramanmaraş bölgəsinin Onikişubat ərazisində 4,5 bal gücündə zəlzələ baş verib.
“Qafqazinfo” AFAD-a istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla 18:39-da qeydə alınıb.
Bildirilib ki, zəlzələ yerin 9 kilometr dərinliyində olub.
***
Türkiyənin Kayseri şəhərinin İncesu rayonunda da zəlzələ olub.
AFAD-ın yaydığı məlumata görə, yerli saatla 18:16-da 4,4 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələ dənizin 7 kilometr dərinliyində baş verib.
Son xəbərlər
Son Xəbərlər