Türkiyənin çəhrayı gölü... - Fotolar

Türkiyənin çəhrayı gölü...
Oxunma sayı: 4587

Türkiyənin ikinci böyük gölü olan Tuz son zamanlar daha çox turistlərin marağına səbəb olub. 

“Qafqazinfo” xəbər verir ki, buna səbəb su hövzəsinin yay aylarında çəhrayı rəngə çevrilməsidir. 

Bahar aylarından etibarən köçəri quşların evinə çevrilən gölə “Flaminqo cənnəti” də deyilir. Rəngi bəzən qırmızıya da çalan suyun ətrafı antik sütunlar və qalıqlarla doludur. Çəhrayı göl yüksək nisbətdə duz ehtiva etdiyi üçün bölgə xalqı tərəfindən Duz gölü olaraq adlandırılır. 

Suyun bu rəngdə olmasının səbəbi Dunaliella yosunlarının göldə çox olmasıdır. 

Hava soyuduqca göl əvvəlki vəziyyətinə qayıdır. Ona gör də yay fəslində xarici turistlər sözügedən əraziyə gələrək maraqlı mənzərənin şahidi olurlar. 







Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi