Türkiyənin Çinə göndərdiyi təyyarə sabah qayıdacaq

turkiyenin-cine-gonderdiyi-teyyare-sabah-qayidacaq
Oxunma sayı: 1496

Çinin Uhan şəhərindəki 34 Türkiyə, 7 Azərbaycan, 7 Gürcüstan və 1 Albaniya vətəndaşını Türkiyəyə gətirəcək “Koca Yusuf” adlı təyyarə saat 23:00-da Uhanda olacaq.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Çin səfirliyinin məlumatında deyilir. Bildirilir ki, Türkiyə Hava Qüvvələrinə məxsus A400M təyyarəsi sabah geri qayıdacaq.

Tibbi müayinələrdən sonra təyyarəyə daxil olacaq 49 nəfər Türkiyəyə gəldikdən sonra Ankarada hazırlanan xəstəxanadakı karantin otağına yerləşdiriləcək.