Türkiyənin daha 5 şəhərində maskasız gəzmək qadağan olundu

turkiyenin-daha-5-seherinde-maskasiz-gezmek-qadagan-olundu
Oxunma sayı: 2780

Koronavirusla mübarizə çərçivəsində Türkiyənin daha 5 bölgəsində qoruyucu maskasız küçəyə çıxmaq qadağan olunub.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca rəsmi tvitter hesabında açıqlama verib.

Nazir bildirib ki, Diyarbəkir, Ərzurum, Kayseri, Rizə və Şanlıurfa şəhərlərinə də qadağanın gətirilməsi ilə ümumilikdə maskasız küçəyə çıxma qadağasının tətbiq olunduğu bölgə sayı 42-yə çatıb.