Türkiyənin Manisa şəhərinin Soma rayonunda da meşə yanğını başlayıb.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, tarixi Darkale məhəlləsinin yaxınlığındakı meşədə başlayan yanğının söndürülməsinə çalışılır.
Qeyd edək Türkiyənin 8 bölgəsinin 16 şəhər və rayonunda meşə yanğınları baş verib:
Antalya (Manavqat, Akseki, Alanya və Gündoğmuş)
Adana (Kozan və Aladağ)
Mersin (Aydıncık, Bozyazı və Silifke)
Kayseri (Yahyalı)
Osmaniye (Kadirli)
Muğla (Marmaris, Milas və Bodrum)
Aydın (Didim)
Kilis (Musabəyli)

Son xəbərlər
Son Xəbərlər