Türkiyənin daha bir şəhərində meşə yanğını - Video+Yenilenib

turkiyenin-daha-bir-seherinde-mese-yangini
Oxunma sayı: 2267

Türkiyənin Marmaris şəhərində meşə yanğınları başlayıb.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, yanğın Armutalan adlı bölgədə başlayıb.

Yanğını nəzarətə almaq üçün Muğladakı yanğınsöndürən briqadalar hadisə yerinə göndərilib.

***

Yanğının hansı səbəbdən baş verdiyi bilinmir. Alovlar tez bir zamanda geniş əraziyə yayılıb və yaşayış yerlərinə təhlükə doğurur. Yanğın yaşayış yerlərinə yaxın ərazidə baş verdiyindən otel və istirahət yerlərində təhlükəsizlik tədbirləri görülüb. 

Hazırda yanğını nəzarət altına almaq istiqamətində işlər davam etdirilir.

***

Ölkənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirlinin sözlərinə görə, yanğını söndürmək üçün 30 yanğınsöndürən maşın, 5 vertolyot və 1 təyyarə cəlb olunub.

***

Yanğını söndürmək üçün Dəniz Qüvvələrinə məxsus texnikalar və bir dron da əməliyyata cəlb olunub. Bildirilir ki, yanğın yaşayış məskənlərinə 100 metr məsafəyə qədər yaxınlaşıb.

***

"CNN Türk"ün məlumatına görə, dumandan təsirlənən 6 nəfərə hadisə yerindəcə köməklik göstərilib. Bununla yanaşı, təhlükəsizlik tədbirləri çərçivəsində 4 villa və 2 otel boşaldılıb.