Türkiyənin daha bir vilayətində meşələrə giriş yasaqlandı

turkiyenin-daha-bir-vilayetinde-meselere-giris-yasaqlandi
Oxunma sayı: 1076

Türkiyənin İsparta vilayətində yanğınların qarşısının alınması məqsədilə avqustun 16-dək meşəlik ərazilərə giriş qadağan edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə vilayət valiliyi məlumat yayıb.

“Yanğın baxımından meteoroloji şərtlər risk daşıyır. İspartada meşəlik sahələr, Milli Park əraziləri, istirahət yerləri, tarixi abidələrin də olduğu yaşıllıq ərazilərə səlahiyyətlilər istisna olmaqla, hər kəsin girişi qadağan olunub”, - valiliyin açıqlamasında deyilir.