Türkiyənin Elazığ şəhərində 4.2 ballıq zəlzələ oldu

Türkiyənin Elazığ şəhərində 4.2 ballıq zəlzələ oldu
Oxunma sayı: 554

Türkiyənin Elazığ şəhərinin Sivrice rayonunda saat 14:42-də 4, 2 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə,  Fövqəladə və Təbii Fəlakətlər İdarəsi (AFAD) yeraltı təkanların 4.2, Qəndilli Rəsədxanası isə 4.5 maqnitudalı olduğunu açıqlayıb.

Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

Xatırladaq ki, yanvarın 24-də Elazığda baş vermiş 6,8 ballıq zəlzələ nəticəsində 41 nəfər ölüb, 1607 nəfər yaralanıb. 45 nəfər dağıntılar altından sağ çıxarılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi