Türkiyənin ən gənc qadın deputatı- - Fotolar

turkiyenin-en-genc-qadin-deputati-
Oxunma sayı: 5798


“Qafqazinfo” milliyet-ə istinadən xəbər verir ki, AKP 3, MHP 1 və CHP 1 olmaqla Türkiyə Böyük Millət Məclisinə 5 millət vəkilinin seçildiyi Tokatda ən gənc qadın deputatı statusunun sahibi bəlli olub.

Tokatın Niksar mahalında 1988-ci ildə doğulan Fatma Gaye Gülər Qazi Universitetinin məzunudur. İstanbul Universiteti Tarix fakültəsində ikinci təhsilini alan Gülər siyasi həyata 2009-ci ildə başlayıb. 

2012-2014-cü illərdə AKP İstanbul Gənclik Qolları İctimaiyyətlə Əlaqələr və Seçki İşləri vahidlərində vəzifə alıb, müxtəlif qeyri-hökumət təşkilatlarının üzvüdür.