Türkiyənin ən sürətli metro xətti istifadəyə verildi

turkiyenin-en-suretli-metro-xetti-istifadeye-verildi
Oxunma sayı: 3783

Türkiyənin ən sürətli metro xətti olan Kağıthane-İstanbul Hava Limanı xətti istifadəyə verilib.

“Qafqazinfo” Anadolu Agentliyinə istinadən xəbər verir ki, yeni metro xəttinin açılış mərasimində Prezident Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

Kağıthane-İstanbul Hava Limanı metro xəttinin uzunluğu 34 kilometrdir və Kağıthane, Eyüpsultan və Arnavutköy rayonlarından keçir.

Metro xətti üzərində 9 stansiya var və gündəlik 800 min sərnişin tutumuna malikdir. Qatarlar yeni xətt üzrə 90-120 km/saat sürətlə hərəkət edəcək.