Türkiyənin gözü Madriddə

turkiyenin-gozu-madridde
Oxunma sayı: 637

“Qafqazinfo”nun verdiyi xəbərə görə, “Santiqao Bernabeu” stadionunda “Real”la “Atletiko” qarşılaşacaq. Əzəli rəqiblərin görüşü Türkiyədə də maraqla gözlənilir. Meydan sahiblərinin heyətində Türkiyə millisinin üzvləri Hamit Altıntop və Nuri Şahinlə yanaşı, türk əsilli Mesut Özil, “Atletiko”da isə Arda Turan çıxış edir. Hamit və Nurinin əsas heyətdə meydana çıxması inandırıcı görünməsə də, Mesut və Ardanın oyuna start 11-liyində başlayacağı güman olunur.

Oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Ceyhun Əhmədov