Türkiyənin iki əsgəri şəhid oldu

Türkiyənin iki əsgəri şəhid oldu
Oxunma sayı: 467

Türkiyənin İraq və Suriyada əməliyyatlara davam etdiyi “Pəncə-3” və “Sülh çeşməsi hərəkatı” bölgəsində iki əsgəri şəhid olub.

“Qafqazinfo”nun “Haberler”ə istinadən məlumatına görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, minaatanlardan açılan atəş nəticəsində daha bir hərbçi isə yaralanıb. O dərhal bölgə xəstəxanasına çatdırılıb.

Nazirlik şəhidlərin ailələrinə və Türkiyə xalqına başsağlığı verib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi