Türkiyənin ilk milli döyüş təyyarəsi bu tarixdə ordudakı yerini alacaq

turkiyenin-ilk-milli-doyus-teyyaresi-bu-tarixde-ordudaki-yerini-alacaq
Oxunma sayı: 3839

2028-ci ildən “Kaan” təyyarələri Türkiyənin Hava Qüvvələrinin istifadəsinə veriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

“Ötən həftə 5-ci nəsil döyüş təyyarəmiz “Kaan” səmaya qalxdı. Bu sahədə Türkiyə dünyanın ilk 4 ölkəsi arasında yerini aldı”, - Ərdoğan bildirib.

Qeyd edək ki, “Kaan” Türkiyənin ilk milli döyüş təyyarəsidir.