Türkiyənin ilk qadın Ekologiya və Turizm naziri vəfat etdi

turkiyenin-ilk-qadin-ekologiya-ve-turizm-naziri-vefat-etdi
Oxunma sayı: 1452

Türkiyənin ilk qadın Ekologiya və Turizm naziri olan Işılay Sayqın 72 yaşında dünyasını dəyişib.

“Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi xəbərə görə, ona ağciyərlərində yaranmış problemlə əlaqədar tənəffüs çatışmazlığı diaqnozu qoyulub. Ege Universiteti Tibb Fakültəsi Xəstəxanasının reanimasiya şöbəsində müalicə alan siyasətçinin həyatını müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, I. Sayqın 53-cü hökumətdə 6 mart- 28 iyun 1996-cı il tarixlərində Türkiyənin ilk Ekologiya və Turizm naziri olaraq fəaliyyət göstərib. Bundan başqa, 51, 52, 54 və 55-ci hökumətlərdə də dövlət naziri kimi çalışıb.