Türkiyənin İraqdakı hərbi bazasına 8 raket atıldı

turkiyenin-iraqdaki-herbi-bazasina-8-raket-atildi
Oxunma sayı: 2365

İraqın şimalında Türkiyə hərbçilərinin yerləşdiyi Zelikan hərbi bazası raket hücumuna məruz qalıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı İraqın “Shafaq” agentliyi yayıb. 

Məlumata görə, hərbi bazaya 8 raket atılıb. Raketlərdən ikisi bazanın ərazisinə, digərləri isə bazadan kənara düşüb. İnsident nəticəsində xəsarət alan olmayıb. Raketlərin kim tərəfindən atıldığı da açıqlanmayıb.