“Miss Universe Türkiye 2024” yarışmasının qalibi müəyyənləşib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, yarışmanın birincisi 20 yaşlı Ayliz Duman seçilib.
Almaniyada doğulan Ayliz Meksikanın paytaxtı Mexiko şəhərində keçiriləcək “Kainat gözəli 2024” müsabiqəsində Türkiyəni təmsil edəcək.
Müsabiqədə İlayda Anık 2-ci, Sude Alkan 3-cü, Ezgi Yalçın 4-cü və Menekşe Aras 5-ci yeri tutub.
Qeyd edək ki, 1.75 boyu olan Ayliz ingilis və alman dillərini bilir.
Həmçinin bəzi sosial şəbəkə istifadəçiləri Aylizi bir müddət əvvəl “Miss Turkey 2024”ün qalibi seçilən və tənqidlərə məruz qalan İdil Bilgenlə müqayisə edərək bu seçimin daha uğurlu olduğunu yazıblar. Bəziləri isə Dumanın plastik əməliyyat etdirdiyini bildirərək, onun qalib seçilməsinə tənqidi fikirlər səsləndiriblər.