Türkiyənin keçmiş müdafiə naziri vəfat etdi

turkiyenin-kecmis-mudafie-naziri-vefat-etdi
Oxunma sayı: 2528

Türkiyənin keçmiş müdafiə və təhsil naziri Nevzat Ayaz bu gün 90 yaşında vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə eks-nazirin müalicə aldığı “Acıbadem” xəstəxanası məlumat yayıb.

“22 noyabr tarixində xəstəxanamıza gətirilən və septik şok diaqonozu ilə reanimasiyaya alınan xəstəmiz bütün müdaxilələrə baxmayaraq bu gün səhər 06.33-də dünyasını dəyişdi”,- deyə xəstəxananın açıqlamasında bildirilib.