Türkiyənin məhv etdiyi terrorçu sayı 999 oldu

turkiyenin-mehv-etdiyi-terrorcu-sayi-999-oldu
Oxunma sayı: 1241

Türkiyə Silahlı Qüvvələri Afrində bu gün 29 terrorçunun öldürüldüyünü açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bununla da, Zeytun Budağı hərəkatında bugünə qədər öldürülən terrorçu sayı 999-a yüksəlib.

Bundan başqa, türk əsgəri terrorçuların Azad Suriya Ordusu güclərinin olduğu mövqeyə bombalı avtomobillə hücum planının qarşısını alıb. Türkiyə ordusu terrorçulara aid bombalı avtomobili tank atışı ilə məhv edib.