Türkiyənin məşhur aktyorları Bakıya gəlir

turkiyenin-meshur-aktyorlari-bakiya-gelir
Oxunma sayı: 1456

Türkiyənin tanınmış aktyorları Ahmet Kural ilə Murat Cemcir Bakıya gəlir. “Qafqazinfo” xəbər verir ki, bu barədə A. Kural instaqram səhifəsində məlumat verib. 

Onlar  “Ailəlikcə şaşkınız” filminin təqdimat mərasiminə qatılacaq. Ekran işinin premyerası aprelin 5-i “Park Bulvar”da keçiriləcək.