Türkiyənin məşhur cütlüyü ayrıldı - Fotolar

turkiyenin-meshur-cutluyu-ayrildi
Oxunma sayı: 2816

2015-ci ildən bəri sevgili olan aktrisa Serenay Sarıkaya və aktyor Kerem Bursin ayrılıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Kanal D-də yayımlanan “İkinci sayfa” proqramında məlumat verilib. 

İddia olunur ki, Kerem Amerikadan qayıdan kimi bu qərara gəlib və cütlük dünən danışaraq münasibətlərinə nöqtə qoyublar. 

Hətta aktyor bu gün səhər saatlarında Serenayla yaşadığı evdən köçüb.