Türkiyənin məşhur cütlüyü nişanlandı - Fotolar

turkiyenin-meshur-cutluyu-nisanlandi
Oxunma sayı: 3658

Türkiyəli aktyor Berk Oktay bir ildir sevgili olduğu aktrisa Yıldız Çağrı Atiksoyla nişanlanıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, evlilik yolunda ilk addımı atan ikilinin nişan mərasimi evdə baş tutub.

Atiksoyun hazırladığı duzlu qəhvəni içən Oktay bunu instaqramda “Vicdansız...” şərhi ilə paylaşıb.  

Qeyd edək ki, Berk “Yasak elma” serialında çəkilir. Cütlük “Savaşçı” serialının çəkilişlərində tanış olub. Aktyor 2020-ci ildə vəkil Merve Şarapçıoğludan qalmaqallı şəkildə boşanıb.