Türkiyənin məşhur rejissoru Bakıda

turkiyenin-meshur-rejissoru-bakida
Oxunma sayı: 965


“Öztürk martdan başlayaraq Bakıda gənc aktyor və rejissorlara televiziya və seriallar mövzusunda seminarlar keçəcək. Seminarlarla yanaşı türkiyənin məşhur aktyorları ilə görüşlər olacaq. Onları həm Bakıda KİV nümayəndələri ilə görüşlərini təşkil edəcəyik, eyni zamanda seminarlarda iştirak edəcəklər. Həmin məşhurlar sırasında indiyədək türk seriallarından tanıdığınız simalar da olacaq”.

 Hava limanından birbaşa Şəhidlər Xiyabanı və Türk Şəhidlərinin Xatirə Abidəsini ziyarət edən Öztürk Azərbaycanla ortaq serial və filmlər çəkəcəyini bildirib: 

“Türkiyə Amerikadan sonra film sahəsində 2-ci yerdədir. Təəsüf ki, Azərbaycan bu baxımdan zəifdir. Bunun səbəbi isə yanlış ssenarilərdədir. Ilk növbədə ortaq bir sevgi hekayətindən bəhs edən film çəkmək istəyirəm. Bunun üçün Azərbaycanda güclü ssenarist axtarışındayam”. Qeyd edək ki, Engin Öztürk “Adını Feriha koydum”, “Umutsuz ev kadınları”, “Bir aşk hikayesi”, “Aşk”, “Hanımın çiftliği”, “Doktorlar” "Güllerin savaşı" kimi reytinq rekordlarına imza atan serialların, eləcə də “Neşeli hayat”, “Beyaz melek”, “Memleket meselesi” kimi filmlərin quruluşçu rejissorudur.

Könül