Türkiyədə 2004 - 2009-cu illərə damğa vuran əfsanəvi serial “Avrupa yakası” yenidən çəkiləcək.
“Qafqazinfo” xəbər verir ki, ekran işi Acun Ilıcalının sahib olduğu “Exxen” dijital platformasında yayımlanacaq.
Ssenarisini Gülse Birselin qələmə aldığı komediya serialı eyni aktyor heyəti ilə kamera qarşısına keçəcək.
A.Ilıcalı və G. Birsel cəbhəsi gələn həftə mətbuata mövzu barədə açıqlama yayacaqlar.
Qeyd edək ki, həmin layihədə Engin Günaydın, Binnur Kaya, Şenay Gürler, Sarp Apak kimi populyar simalar yer alıb.
Son xəbərlər
Son Xəbərlər