“Referans Medical Group” daxilində fəaliyyət göstərən, “Leyla Medical Center”in Türkiyənin məşhur Anadolu Sağlıq Mərkəzi ilə imzaladığı memoranduma əsasən, türk mütəxəssisləri mütəmadi olaraq Azərbaycana dəvət olunaraq pasiyent qəbulları həyata keçirəcəklər.
“Qafqazinfo” xəbər verir ki, bu memorandumun imzalanmasında əsas məqsəd, burada xüsusi ixtisaslar üzrə müalicə ala bilməyib, Türkiyə və digər xarici ölkələrə müalicə üçün üz tutan pasiyentlərə dəstək olmaqdır.
Memoranduma əsasən, bu dəfə Türkiyənin Anadolu Sağlıq Mərkəzindən dəvət olunmuş, Türk Tibbi Onkologiya Dərnəyinin üzvü, Tibbi Onkoloq Prof.Dr. Bülent Karagöz və Onkoginekoloq Prof.Dr. Murat Dede “Leyla Medical Center”də 28 fevral və 1 mart tarixlərində pasiyentləri qəbul edəcəklər.
Prof.Dr. Murat Dedenin müalicə və xidmət növləri:
- Ginekoloji Onkoloji Cərrahiyyə
- Ginekoloji Robotik və Laparoskopik Cərrahiyyə
- Uşaqlığın miomaları
- Uşaqlıq sallanmaları
- Uroginekologiya Hamiləlik
- Yüksək HPV Riskli Hamiləlik və s.
Prof.Dr. Bülent Karagözün müalicə və xidmət növləri:
- Süd vəzi xərçəngi
- Yumurtalıq xərçəngi
- Endometrit
- Ağciyər xərçəngi
- Qaraciyər xərçəngi
- Prostat xərçəngi
- Yoğun bağırsaq xərçəngi
- Mədə və mədəaltı vəzi xərçəngi
- Metastatik xəstəliklər və s.
Həkim qəbulları ilə bağlı +994 77 431 00 33 və ya *0101 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
Öncədən qeydiyyat mütləqdir.
Ünvan: Xətai rayonu, Yusif Səfərov küç.19
Son xəbərlər
Son Xəbərlər