Türkiyənin Bolu vilayətində milyonçu imam olaraq tanınan Abdullah Yüksəl 88 yaşında vəfat edib.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, bir həftə əvvəl koronavirusa yoluxub.
A.Yüksəl müalicə aldığı İzzet Baysal Tədris və Araşdırma Xəstəxanasında həyatını itirib.
Qeyd edək ki, daşınmaz əmlak milyonçusu olan Yüksəl ilk dəfə 2001-ci ildə ödədiyi vergi ilə Türkiyədə gündəmə gəlib. İmam ödədiyi 43 milyard 323 milyon 598 min lirə ilə vergi rekordçusu olub. 2006-cı ildə isə iki nəfər onu qaçırmaq istəyib. 2015-ci ildə isə o, evində dörd nəfər tərəfindən girov götürülüb və ondan 250 min TL tələb olunub.
Son xəbərlər
Son Xəbərlər