Türkiyəyə aid neft tankeri Liviya sahillərində 11 ekipaj üzvü ilə birgə girov götürülüb.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, “Hacı Telli” adlı tanker Liviyanın Zuvarah limanında ələ keçirilib.
İlkin məlumata görə, insidentə səbəb gəmini icarəyə götürən liviyalı iş adamının daha əvvəl aldığı neftin pulunu ödəməməsi olub. İş adamı 433 min dollar borcun 280 min dollarını ödəsə də, gəmi və ekipaj sərbəst buraxılmayıb.
Liviyalı silahlı dəstə pul tam ödənilməyəcəyi halda gəmini parçalayıb satacaqlarını bildirib.
Son xəbərlər
Son Xəbərlər