“Türkiyənin onların NATO-ya üzvlüyünü təsdiq edəcəyinə inanmıram”

turkiyenin-onlarin-nato-ya-uzvluyunu-tesdiq-edeceyine-inanmiram
Oxunma sayı: 2989

“Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzvlüyünü təsdiq edəcəyinə inanmıram”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolts Finlandiya və İsveçin NATO-ya üzvlük gündəliyi ilə bağlı verdiyi açıqlamada deyib.

Qeyd edək ki, mövzu ilə bağlı sualı cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçi onsuz da terror təşkilatlarının inkubasiya mərkəzi adlandırıb. O bildirib ki, hətta onların parlamentlərində PKK tərəfdarı olanlar var. Dövlət başçısı əlavə edib ki, Türkiyəni razı salmaq üçün gələcəklərsə, yorulmasınlar.