Türkiyənin oyununa nə qədər bilet satılıb?

turkiyenin-oyununa-ne-qeder-bilet-satilib
Oxunma sayı: 4175

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda baş tutacaq Türkiyə - Uels matçına 25 mindən çox bilet satılıb.

Bu barədə “Qafqazinfo”ya AFFA-nın mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, bilet satışı hələ davam edir. 

Qeyd edək ki, Türkiyə - Uels matçı iyunun 16-da saat 20:00-da başlayacaq.