Türkiyənin pilotsuz təyyarəsi vurulub - Həftarın ordusundan bəyanat

turkiyenin-pilotsuz-teyyaresi-vurulub
Oxunma sayı: 2763

Xəlifə Həftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu minaatan mərmi ilə Türkiyənin pilotsuz təyyarəsini vurub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, belə bir bəyanat “Əl-Karama” Əməliyyat Qərargahının mətbuat mərkəzi tərəfindən yayılıb.

Xatırladaq ki, yanvarın 12-nə keçən gecə Liviya Milli Ordusu ilə Milli Razılıq Hökuməti arasında atəşkəs elan edilib.